3 yaşlı uşağından sonra özü də öldü

19.06.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Culfada səkkiz gün əvvəl baş verən yanğında xəsarət alan 22 yaşlı qadın vəfat edib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova bu gün müalicə aldığı xəstəxanada həyatını itirib.

Xatırladaq ki, sözügedən yanğın hadisəsi iyunun 11-də Culfa şəhərindəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində F.Zeynalovanın 2023-cü il təvəllüdlü azyaşlı oğlu Emil Cəfər oğlu Zeynalov da ölüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью