3 yaşlı uşaq bağçaya tapança ilə gəldi

30.09.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

ABŞ-də 3 yaşlı körpə uşaq bağçasına tapança gətirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay Miçiqan ştatının Kanyon dairəsində yaşanıb.

Tərbiyəçilərdən biri uşağın çantasından tapança çıxardığını gördükdə əvvəlcə onun oyuncaq olduğunu düşünüb. Amma az sonra onun əsl silah olduğunun fərqinə varıb və tapançanı uşağın əlindən alıb.

Hadisə yerinə gələn polislər vəziyyəti aydınlaşdırdıqdan sonra körpənin atasını həbs ediblər. Məlum olub ki, o da qonşu dairənin polis əməkdaşıdır. Ataya qarşı silahla məsuliyyətsiz davranışa görə ittiham irəli sürülüb.

Qeyd edək ki, güllə ilə dolu daraq silahın üstündə olub. Tapança isə qoruyucudan açılıbmış. Möcüzə nəticəsində uşaq tətiyi çəkməyib və olay faciəsiz ötüşüb.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью