Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir. İngiltərədə 3 yaşlı oğlunu veqan pəhrizi ilə qidalandırdı, uşaq həyatını itirdi.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, uşaqlarının ölümünə səbəb olan valideynlər onun cəsədini həyətlərində basdırıblar.
Cütlük ömürlük həbs cəzasına məhkum edilib. Tai və Naiyahmi Yasharahyalah oğulları Abiyanı ciddi sağlamlıq problemlərinə baxmayaraq, müalicə
Belə ki, 2020-ci ildə yalnız fındıq, kişmiş və soya südü yeyən Abia tənəffüs yolu xəstəliyindən dünyasını dəyişib.
Ölümündən əvvəl, uşağın ailəsi onun ağır qidalanma çatışmazlığı, raşitizm, qan azlığı və böyümə geriliyi kimi problemlərini sarımsaq və müxtəlif qarışıqlarla müalicə etməyə çalışıb.
Abiyanın cansız bədənini 8 gün yataqda saxlayan cütlük onu həyətlərində 80 santimetr dərinlikdə olan bir məzara basdırıblar.
2022-ci ilin dekabrında Qlastonberi bölgəsində bir karavanda yaşayarkən tutulan cütlüyün uşağın cəsədi ilə bağlı həqiqəti gizlətdikləri üzə çıxıb.
Koventri Crown Məhkəməsində keçirilən məhkəmə prosesində məlum olub ki, cütlük Abiyanın ölümünə səbəb olmaqda və ədaləti təhrif etməkdə təqsirli bilinir.