30 40 faizlə kredit verən lombardların “qara günü” BAŞLAYIR

30.10.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı daxil olmaqla əksər şəhərlərdə lombardların sayı günbəgün artır.

Lombard qiymətli əşyaları girov qəbul edərək vətəndaşlara qısamüddətli pul krediti verən maliyyə-kommersiya təşkilatıdır.

Burada adətən qızıl-zinət əşyaları, bəzən isə brend saatlar, kompüter, telefon və ya avtomobil girov qoyulur. Müştəridən gəlir haqqında arayış, rəsmi iş yeri və ya zamin tələb olunmur, bank ödənişlərindəki gecikmələr nəzərə alınmır. Yalnız şəxsiyyət vəsiqəsi və girov kifayət edir. 

Vətəndaşa kredit çox qısa müddətdə təqdim edilir. Kreditlər yüksək faizlə verilir və adətən aylıq faizlər ödənilir, girovun bütöv məbləğinin ödənişi vətəndaşın istəyi və imkanından asılı olur. Kredit faizləri bəzi hallarda banklardan 2 dəfəyə yaxın artıq olur, əsasən aylıq 4-8 faizlə verilir, qiymətləndirmə isə qızılın lom qiymətinə əsasən aparılır.

Borc qaytarılmadıqda, girov qoyulan əşya qanunvericiliyə uyğun olaraq hərrac vasitəsilə satılır. Azərbaycanda 2026-cı ildə ən azı üç yeni lombard şirkəti fəaliyyətə başlayıb. Son məlumatlara görə, ölkədə 1200-dən artıq lombard şirkəti var. Qeyd edək ki, vətəndaşlar lombardlara məhz qısa zamanda vəsait əlsə etdiklərinə görə daha çox üstünlük verirlər. Ancaq bu da bir faktdır ki, lombardların heç də hamısı qaydalara uyğun fəaliyyət göstərmir.

Hətta bəzi hallarda vətəndaşların vəsaitlərini geri ödəməkdən imtina edən, işi məhkəmələrə düşən, girovları mənimsəyən, fəaliyyətini dayandıran lombardlar da var. Məsələn, yüzlərlə şəxsin girov qoyduğu zinət əşyalarını mənimsməkdə ittiha edilən “Lombard Xəyal” kimi tanınan Xəyal Abdullayevin işi hələ də məhkəmədədir.

Bu baxımdan, ölkədə fəaliyyət göstərən lombardlarla bağlı tənzimləmə sisteminin tətbiqinə ehtiyac duyulur.  Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Mərkəzi Bank lombard sektorunda tənzimləmə tətbiq etməyi planlaşdırır: 

“Təşəbbüsün əsas məqsədi məhdudiyyətləri artırmaq deyil, istehlakçıların hüquqlarını qorumaqdır”. Onun sözlərinə görə, Mərkəzi Bankın lombard sahəsinin tənzimlənməsi ilə bağlı təşəbbüsünün gələn il təsdiqlənməsi gözlənilir: “Lombard sahəsində biz tənzimləməni gətirmək istəyirik. Bu, o demək deyil ki, məhdudiyyətlər gələcək. Bu tənzimləmə daha çox istehlakçıların hüquqlarının müdafiəsi sahəsində olacaq”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: lombard mərkəzi bank

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью