30 bölgədə terror əməliyyatı nəticəsində 231 nəfər saxlanıldı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

26.11.2024

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

30 bölgədə PKK/KCK-PYD/YPG terror təşkilatlarına qarşı həyata keçirilən "Gürz-27" əməliyyatlarında 231 şübhəlinin ələ keçirildiyi açıqlanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlama verib.

Nazir Yerlikaya terror təşkilatlarının kökünü kəsmək üçün gecə-gündüz əməliyyatların aparıldığını vurğulayıb:

"Millətimizin sülhü, birliyi və həmrəyliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmizi qətiyyətlə davam etdirəcəyik".

Oksana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью