30 gün şəkərsiz yaşasanız bədəndə NƏLƏR DƏYİŞƏR?

12.07.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

Gündəlik həyatda çox istifadə etdiyimiz şəkər, sağlamlığımıza ciddi təsir edir.

News24.az xəbər verir ki, mütəxəssislərə görə, cəmi 30 gün ərzində əlavə şəkəri tamamilə həyatımızdan çıxarmaq, həm bədənimizdə, həm də beynimizdə müsbət dəyişikliklər yaradır.

Əsas dəyişikliklər:

Qaraciyərdəki yağlanma azalır, böyrəklər daha yaxşı işləyir.

İnsulin direnci azalır, şəkər xəstəliyi riski aşağı düşür.

Damar iltihabları azalaraq ürək sağlamlığı yaxşılaşır.

Beyin funksiyaları güclənir, diqqət və yaddaş artır.

İmmunitet sistemi güclənir, bədən daha sağlam olur.

Dəri daha gənc və parlaq görünür.

Tövsiyə olunan qidalar:

Tərəvəzlər: brokoli, kök, ispanaq, balqabaq

Meyvələr: alma, portağal, albalı

Zülallar: toyuq, balıq, yumurta

Sağlam yağlar: zeytun yağı, avokado, qoz-fındıq

Karbohidratlar: qəhvəyi düyü, paxlalılar

İçkilər: su, şəkərsiz çay və qəhvə

Şəkərsiz yaşamaq iradə tələb etsə də, sağlamlıq üçün çox faydalıdır. Ancaq böyük dəyişikliklər etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью