30 il bağlı qalan yol açılır: Ermənistan elan etdi

26.08.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanda ölkəni Türkiyə dəmir yolu şəbəkəsi ilə birləşdirəcək Gümrü-Axurik dəmir yolu üçün beynəlxalq layihələndirmə müsabiqəsi elan edilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Naziri David Xudatyan məlumat verib.

Müsabiqə 30 il əvvəl bağlanmış Gümrü-Axurik dəmir yolunun Türkiyəyə gedən 21 kilometrlik hissəsi üçün elan olunub.

Podratçı seçildikdən sonra tikinti işləri üçün tender elan ediləcək. Bu hissənin bərpası 15 milyon dollar dəyərində qiymətləndirilir. Ancaq aliyyələşdirmə hələlik müəyyən edilməyib.

Xudatyan bildirib ki, Türkiyə tərəfində Akyaka-Gümrü dəmir yolu infrastrukturunun bərpası artıq davam edir: “Daşınmanın təşkili üçün Ermənistan və Türkiyədə müxtəlif yol ölçüləri (müvafiq olaraq 1520 və 1435 mm) məsələsi hələ də həll olunmayıb”.

Bundan əlavə, tərəflər yaxında Anidəki tarixi körpünün bərpasına başlaya bilərlər. Nazirin sözlərinə görə, layihə üzrə razılaşmalar son mərhələdədir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью