Icma.az, Unikal.az portalına istinadən məlumat verir. "Unutmayın ki, biz 30 il ərzində onların ərazilərində olmuşuq.
Yəni Azərbaycanın nəzarətimiz altında olan 7 rayonu var idi, onlar Azərbaycan əraziləri idi.
Bəlkə Laçın, Qubadlı, Zəngilan, Füzuli, Ağdam bizim ərazilərimiz idi"?
"Unikal" xəbər verir ki, bunu Ermənistan Parlamentinin deputatı Qaqik Melkonyan deyib. "Biz onların ərazilərini birdən-birə vermədik.
25, 26 il danışıqlar apardıq və yalnız danışıqlardan sonra onları müharibə yolu ilə geri verdik.
Bütün bu illər ərzində onların ərazilərində qaldıq", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.