Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
30 il sonra...
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl top”u qazanmaqla son 30 ilin ilkinə imza atıb.
QOL.az xəbər verir ki, İngiltərə millisinin üzvü sonuncu dəfə 1996-cı ildə bu mükafatı qazanan Mattias Zammerdən sonra Bundesliqada çıxış edən ilk futbolçu olub. Zammer həmin vaxt Almaniya millisinin və Dortmund “Borussiya”sının müdafiəçisi idi.
Keynin qazandığı mükafat Almaniya çempionatı təmsilçilərinin hesabına yazılan 10-cu “Qızıl top” olub. Bu göstəricidə yalnız İspaniya və İtaliya çempionatları Bundesliqanı qabaqlayır. La Liqa futbolçuları 24, A Seriyası təmsilçiləri isə 18 dəfə bu mükafata sahib çıxıblar.