Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
London Təbiət Tarixi Muzeyində onilliklər boyu saxlanılan qədim qalıqlar paleontologiya aləmində ciddi elmi çevrilişə səbəb olub. Bristoli Universitetinin mütəxəssislərinin də yer aldığı beynəlxalq tədqiqat qrupu Tanzaniyada tapılmış 240 milyon illik Trian dövrünə aid yeni növü — Dinodontosaurus isiyavamanda heyvanını təsvir edib.
İndiyədək yalnız Cənubi Amerikadan məlum olan bu cinsin Afrikada aşkarlanması hər iki qitənin geoloji təbəqələrinin eyni yaşda olduğunu sübut edib. Cənubi Amerikadan əldə edilən son tarixləndirmə məlumatları isə bu süxurların əvvəllər zənn edildiyindən 10 milyon il daha cavan olduğunu göstərir. Bu tapıntı Tanzaniyadakı süxurların "ən qədim dinozavr məskəni" statusunu ləğv edir və ilk dinozavrların nə zaman, harda meydana gəlməsi sualını yenidən gündəmə gətirir.
Paleontoloq Naycel Larkinin hələ 1994-cü ildən öyrənməyə başladığı skelet müasir mikro-kompüter tomoqrafiyası vasitəsilə tam deşifrə olunub. Alimlər muzey fondlarında qalan digər Tanzaniya nümunələrini də araşdıraraq Trian dövrünün ekosistemini bərpa etməyi planlaşdırırlar.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ