Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyəli aktrisa və aparıcı Pınar Altuğ Atacan nazik qaşlarını düzəltmək üçün keçirdiyi kosmetik əməliyyatı sosial mediada paylaşdıqdan sonra tənqid hədəfinə çevrilib.
Ölkə.az xəbər verir ki, "Çocuklar Duymasın" serialındakı Meltem obrazı ilə tanınan Altuğ illərdir nazik qaşları ilə diqqət çəkirdi. O, qaş əkdirmə əməliyyatını izləyiciləri ilə paylaşsa da, videoya çoxsaylı tənqidi rəylər yazılıb.
Aktrisa sərt tənqidlərə susqun qalmayıb. Bir izləyicinin “Bu işlərə son qoyun” sözünə Altuğ belə cavab verib: “30 ildir qaşım yoxdur. Bunu hamıya qışqıraraq demək istəyirəm”.
Başqa bir istifadəçinin “Hamı bir-birinə oxşamağa başlayır” iradına aktrisa, “Qaş əkimi iləmi? Onlar yox idi, amma indi var”, - deyə cavab yazıb.
“Onlar əvvəllər daha gözəl idi” şərhinə isə o, qısa şəkildə, “Qaşlarım əvvəllər yox idilər” ifadəsi ilə qarşılıq verib.
Həmidə İbrahimova