30 illik ənənə: Yaponiya 2024cü ilin heroqlifini seçdi | Icma.az
Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
30 illik ənənə: Yaponiya 2024-cü ilin heroqlifini seçdi Yaponiyada 2024-cü ilin rəmzi seçilib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu münasibətlə ölkənin qədim paytaxtı Kiotoda buddist "Təmiz su məbədi"ndə təntənəli mərasim keçirilib.
Bildirilir ki, 221 mindən çox insanın iştirak etdiyi ümummilli səsvermənin nəticələrinə görə, "qızıl" ("pul") mənasını verən "kin" heroqlifi ilin rəmzi seçilib.
Sorğuda iştirak edənlərin 5.47%-i ona səs verib. Məbədin buddist rahibi Seyhan Mori, ənənəyə uyğun olaraq, 130x150 sm ölçülü düyü kağızında
2024-cü ilin rəmzi olaraq "qızıl" heroqlifinin seçilməsi bir neçə amillə bağlıdır.
Birincisi, yapon idmançıları Parisdəki Olimpiya Oyunlarında çoxlu qızıl medal qazanaraq təsirli nəticələr göstəriblər.
İkincisi, Yaponiyanın Liberal Demokrat Partiyasında maliyyə hesabatlarının pozulması ilə bağlı böyük qalmaqal baş verib.
Tam oxu
Xəbəri oxu