Icma.az bildirir, Cebheinfo portalına istinadən.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qərbi Asiyadakı ABŞ və İsrail universitetlərinin artıq qanuni hədəf hesab edildiyini bildirib.
“Cebheinfo.az” bu barədə “Tasnim”-ə istinadən xəbər verir.
Bəyanata səbəb Tehrandakı Elm və Sənaye Universiteti də daxil olmaqla, İran universitetlərinə edilən hücumlar olub. SEPAH bunu ölkənin təhsil infrastrukturuna təkrarlanan hücumlar kimi xarakterizə edib:
“Ağ Evin uzaqgörən rəhbərləri bilməlidirlər ki, bundan sonra işğal rejiminin bütün universitetləri, eləcə də Qərbi Asiyadakı Amerika universitetləri İran universitetlərinin məhv edilməsinə qarşı iki universitetə zərbə endirənə qədər bizim üçün qanuni hədəf hesab ediləcək”.
SEPAH, həmçinin regiondakı Amerika təhsil müəssisələrinin işçilərinə, müəllim heyətinə və tələbələrinə, eləcə də yaxınlıqdakı ərazilərin sakinlərinə bu cür obyektlərdən ən azı bir kilometr məsafə saxlamağı tövsiyə edib.
Bəyanatda bildirilir ki, ABŞ-nin 30 mart Tehran vaxtı ilə saat 12:00-a qədər universitetlərə edilən hücumları rəsmi şəkildə pisləmək üçün vaxtı var:
“Əks halda, təhdidlər həyata keçirilə bilər”.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin