Azpolitika.az saytına istinadən Icma.az xəbər verir. Bakıda 43 yaşlı taksi sürücüsü müştəriyə məxsus 30 min dolları ələ keçirib.
Həmin pulla özünə maşın alıb, bir həftə hoteldə qadınlarla əyləncə məclisləri təşkil edib.Musavat.com xəbər verir ki, söhbət daha əvvəl dəfələlərlə məhkumluq həyatı yaşamış Anar Vəliyevin sonuncu cinayət əməlindən gedir.Belə ki, Anar Vəliyev Bakıda sərnişin kimi avtomobilinə əyləşən Ülfət adlı şəxsin əşyalarını və nağd pulunu ələ keçirib.İstintaqla müəyyən edilib ki, Anar müştərinin sərxoş olmasından istifadə edərək onu maşından düşürərək qaçıb.
Ülfətin mobil telefonunu, bahalı geyim əşyalarını və paltarların arasında gizlətdiyi 30 min dolları ələ keçirib.Həmin pulun 21 min manatına özünə “Hyundai” markalı maşın alıb.
Bakıda hotellərdən birində 6 günlük otaq kirayələyərək hər gün orada müxtəlif qadınlarla əyləncə məclisləri təşkil edib.
Özünə mobil telefon da alıb. Bundan başqa, Anar Vəliyevin boşandığı xanımına aliment ödəmədiyi üçün də məsuliyyətə cəlb edildiyi məlum olub.
Belə ki, Anar Vəliyev bankomatdan pul çıxaran şəxsi aldadaraq onun 3 min manat vəsaitini ələ keçirib.Törətdiyi əməllərə görə özünü təqsirli
Hara getdiyini bir neçə dəfə soruşdum. Amma demədi. Mən də əsəbiləşib onu “Motodrom” ərazisində düşürtdüm. Dedim ki, gedək bizdə çay içək.
Maşından düşən kimi mən də oradan uzaqlaşdım. Məqsədim ondan canımı qurtarmaq idi.