30 min manat verib mən də həkim ola bilərəm? | Icma.az
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Kubra Məhərrəmova yazır...
Neçə vaxtdır sosial şəbəkələrdə mənşəyi və mənbəyi bəlli olmayan həkimlərin qurbanları paylaşım edirlər.
Qurbanlar arasında adi insanlarla yanaşı tanınmışlar da var.
49 nəfərdən ibarət "həkim"lərin siyahısını ilk dəfə ABŞ-də yaşayan Qənirə Ataşova yaydı.
Yayılan məlumatlar qaldı bir tərəfə, Ataşovanın ünvanına "ağ xalatlı" mafiya üzvlərinin hədə-qorxu məzmunlu mesajları yağmağa başladı.
Onu hətta övladları ilə də təhdid etdilər. İki dəfə də səhifəsinə kiberhücum təşkil olundu.
Hətta şou-biznesdə at oynadan müğənnilərdən biri Xatirə İslam şəxsən Ataşovaya bildirdi ki, "onun bacısıyla işi olmasın!" Xanım Ataşova əlində olan sənəd-dəlillərlə sübut edir ki, müğənninin bacısı Günel Əzizovanın heç bir tibbi təhsili yoxdur.
Bu azmış kimi Günel əməliyyatlar edir, ginekoloji prosedurlar həyata keçirir.
Tam oxu
Xəbəri oxu