30 mindən çox abonentin qazı kəsiləcək Bu tarixdə

13.02.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fevralın 17-də Mingəçevir və Yevlaxda qaz təchizatı dayandırılacaq.

Bu barədə Ölkə.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən tarixdə qaz ölçü qovşağı üzərində quraşdırılmış baypas xətti təmir ediləcək Bu səbəbdən saat 10:00-dan təmir işləri başa çatanadək “Mingəçevir” QPS-dən qidalanan Mingəçevir şəhəri və 3 qəsəbəsində 30269 əhali və 521 qeyri əhali abonentinin və Yevlax rayonunun Hürüşağı, Tanrıqulular, Boşçalı kəndlərində 831 əhali abonentinin qaz təchizatı dayandırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью