30 mindən çox insan evlərini tərk edir

08.01.2025

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Los-Ancelesin nüfuzlu Pacific Palisades məhəlləsində baş verən yanğın nəticəsində 30 mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, yanvarın 7-də səhər saatlarında başlayan yanğın güclü külək və quraqlıq səbəbindən bir neçə saat ərzində 486 hektar ərazini əhatə edib. Kaliforniyada baş verən yanğın nəticəsində 1200-dən çox insan təxliyə edilib. Yanğınla əlaqədar Los-Ancelesdə fövqəladə vəziyyət elan edilib. Yollarda tıxac yaranıb, bəzi sakinlər avtomobillərini tərk etmək məcburiyyətində qalıblar. 

Hazırda təxliyyə tədbirləri gücləndirilir.

Ağa Dadaşzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью