30 ölkənin generalları Parisdə: Makron çağırış etdi

12.03.2025

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa Prezidenti Emmanuel Makron Parisdə toplaşan 30-a yaxın ölkənin Baş Qərargah rəislərini Ukrayna üçün etibarlı təhlükəsizlik təminatlarını müəyyən edən plan hazırlamağa çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yyaıb.

“Sülh danışıqlarının sürətləndirilməsi məqsədilə etibarlı təhlükəsizlik təminatlarını müəyyən etmək üçün konsepsiyadan plana keçmək lazımdır ki, Ukraynada möhkəm və davamlı sülh mümkün olsun”, - Makron bildirib.

Qeyd edək ki, ötən gün Parisdə Makronun təşəbbüsü ilə Ukraynada gələcək sülhü təmin etməyə hazır olan 30-a yaxın ölkənin Baş Qərargah rəislərinin beynəlxalq görüşü keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью