30 PUA məhv edilib

29.11.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Hava hücumundan müdafiə sistemləri Rostov vilayətinə pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumunu dəf edir.

Regionun qubernatoru vəzifəsini icra edən Yuri Slyusar Telegram kanalında 30 pilotsuz təyyarə vurularaq məhv edildiyini yazıb.

Slyusar dəqiqləşdirib ki, ölən və yaralanan yoxdur. “Kamenski rayonunun Masalovka kəndində daimi yaşayış olmayan fərdi yaşayış evinin dam örtüyü zədələnib, Tarasovski rayonunun Dyaçkino qəsəbəsində yaşayış binasının şüşələri zədələnib, ölən və yaralanan olmayıb”, - deyə o yazıb.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью