Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ramana qəsəbəsində "Oba" marketin qarşısında baş verən qətl hadisəsi ilə bağlı hökm elan edib.
BAKU.WS-in məlumatına görə, 2008-ci il təvəllüdlü təqsirləndirilən şəxs 2024-cü il oktyabrın 1-də marketin kassiri işləyən Xəyal adlı şəxslə mübahisə zamanı onu bıçaqla vuraraq öldürüb.
Hadisə mübahisədən sonra, ictimai yerdə, insanların gözü qarşısında baş verib.
İttihama görə, təqsirləndirilən şəxs əvvəlcədən üzərində olan məişət bıçağı ilə Xəyala bir zərbə endirib.
Zərbə nəticəsində mərhum daxili və xarici qan itkisindən ölüb. Məhkəmənin müəyyən etdiyi kimi, qətl xuliqanlıq niyyəti ilə törədilib.
Hadisə marketin kameraları tərəfindən qeydə alınıb və videogörüntülərdə təqsirləndirilən şəxsin bıçaqla hücumu, eləcə də sonradan marketə qayıdaraq zərərçəkmişə qarşı aqressiv davranışı əksini tapıb.
Ekspertiza rəyinə görə, mərhumun ölümünə qarın boşluğuna endirilən dərin bıçaq yarası səbəb olub.