Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
30 yaşadək ilk uşağını doğan analara 3 milyon veriləcək Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində, 2025-ci ilin yanvar ayından etibarən uşaqlı ailələr üçün yeni bir dəstək tədbiri görünəcək.
Lent.az yerli mediaya istinadla bildirir ki, 30 yaşına qədər ilk uşağını dünyaya gətirən qadınlar "Gənc ailə" mənzil proqramı çərçivəsində 3 milyon rubl (təxminən 51 min manat) ödəniş alacaqlar.
Bu barədə vilayət qubernatoru Dmitri Artyuxov əhali ilə birbaşa əlaqə zamanı deyib.
"Bu gün yəqin ki, çoxları ailələrin daha erkən uşaq sahibi olmasının vacibliyini eşidir.
30 yaşınadək ilk uşaq dünyaya gələndə "gənc ailə" üçün ödəniş 3 milyon rubl təşkil edəcək".
Qubernator vurğulayıb ki, ödəniş əhəmiyyətli dəstək tədbirinə çevrilməlidir.
Daha sonra vilayət hökumətinin mətbuat xidməti aydınlaşdırıb ki, 36 yaşınadək hər hansı uşaq dünyaya gətirən qadınlara 1 milyon rubl (təxminən 17 min manat) birdəfəlik müavinət veriləcək.