30 yaşdan sonra 450 qol

26.11.2024

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo unikal göstəriciyə imza atıb.

QOL.az xəbər verir ki, 39 yaşlı futbolçu Asiya Çempionlar Liqasının 5-ci turunda “Əl-Qarafa” (Qətər) ilə oyunda (3:1) dubl edərək buna nail olub. Ronaldo 30 yaşından sonra vurduğu qollarının sayını 450-ə çatdırıb. Onun futbolçu karyerası ərzində ümumi qol sayı isə 913 olub. 

Qeyd edək ki, bu mövsüm Ronaldo “Əl-Nəsr”in heyətində 15 oyun keçirib, 12 qol vurub və iki məhsuldar ötürmə edib. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью