30 yaşdan sonra 450 qol: Bunu ancaq o bacarar

26.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kriştianu Ronaldo 30 illik yubileyindən sonra rəsmi oyunlarda 450 qol vurub.

"Cebheinfo.az" xəbər verir ki, o, bu göstəriciyə Asiya Çempionlar Liqasının 5-ci turunda “Əl-Qarafa” (Qətər) ilə oyunda dubl sayəsində çatıb. “Əl-Nəsr” 3:1 hesabı ilə qalib gəlib.

39 yaşlı futbolçu karyerası ərzində 913 qol vurub və bu göstəriciyə görə rekordçudur.

Bu mövsüm Ronaldo “Əl-Nəsr”in heyətində 15 oyun keçirib, 12 qol vurub və iki məhsuldar ötürmə edib. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Transfermarkt Ronaldonun transfer dəyərini 15 milyon avro qiymətləndirir.

Xəzər

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью