30 yaşlı “Dədə Qorqud”

25.08.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

30 il öncə, 1996-cı il avqustun 25-də  ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milliləşdirilən və əsaslı modernləşdirmədən sonra “Dədə Qorqud” qazma qurğusu istismara verilib. Bu barədə SOCAR-dan məlumat verilib. 

Bildirilib ki, 450 metrədək dəniz dərinliyində işləmək və 7 min 620 metrədək qazma aparmaq imkanına malik qurğu Xəzərdə formalaşdırdığımız dəniz qazma təcrübəsinin və Azərbaycanın enerji tarixinin mühüm hissəsidir. 

Qeyd edək ki, “Dədə Qorqud” yarımdalma qazma qurğusu ilə Xəzər dənizindəki müxtəlif layihələrdə (o cümlədən “Azəri-Çıraq-Günəşli” və “Qarabağ” yataqlarında), təxminən, 20-dən çox quyu qazılıb. 

M.YAQUBZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью