30 yaşlı gəncin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

07.06.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

30 yaşlı Rövşən Hüseynovun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun özü məlumat verib.

O bildirib ki, iki il böyrək çatışmazlığından əziyyət çəkib.

"Mənim 30 yaşım var, 2019-cu ildən böyrək çatışmazlığından əziyyət çəkmişəm, 2021-ci ildə əmimin böyrəyi mənə köçürülüb. O gündən müalicələrdəyəm. Səhhətimlə bağlı nə işləyə, nə də ailəmə dəstək ola bilirəm. Tez-tez həkim müayinəsində olmalıyam, amma imkan olmadığı üçün bunları vaxtında edə bilmirəm".

R.Hüseynov hazırda vəziyyətinin pisləşdiyini deyib:

"Aylardır, dərmanlarımı ala bilmirəm, vəziyyətim get-gedə pisləşir. Ayaqlarım şişib, sidiyə gedə bilmirəm. İnanın, zülm çəkirəm. Yardımsevər şəxslərdən mənə dəstək olmağı xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 476-37-48.

"Beynəlxalq Bank": 4127 2093 0989 2872.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью