Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurova 3 gündən çoxdur ki, komadadır.
Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayıldığı iddia olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə zərərçəkənin atası Aydın Abışzadə “Baku TV”yə açıqlamasında deyib.
Onun sözlərinə görə, qızının vəziyyəti sonradan pisləşib: “Həkim Sənan Mehdiyev qızımın əməliyyatını edib.
Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik.
Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək.
Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb.