30 yaşlı qadın baltalandı Şübhəli qardaşıdır

08.08.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Daşkəsəndə 30 yaşlı qadın balta xəsarətləri alıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.

Əfsanə Cəfərovaya balta ilə xəsarət yetirməkdə 40 yaşlı qardaşı İnqilab Məmmədov şübhəli bilinir. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb. 

Xəstəxanaya çatdırılan qadının vəziyyəti kafidir.

Yunis Quliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью