Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağdamda 30 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Redaktor.az xəbər verir ki, rayonun Quzanlı qəsəbə sakini 1996-cı il təvəllüdlü Samirə Xəlilova zəhərlənmə əlamətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, S.Xəlilova evdə qarışqaları məhv etmək üçün istifadə etdiyi kimyəvi dərmandan ehtiyatsızlıq ucbatından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır (Teleqraf).