Icma.az, Baku.ws portalına istinadən məlumat yayır. "Hər zaman yüksək nəticələr əldə etməyi hədəfləmişəm.
Bu nəticəni gözləyirdim, eşidəndə daha da həyəcanlandım". BAKU.WS xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Bakı şəhər 89 saylı orta mək
"4-cü ixtisas qrupu üzrə hazırlaşıram. Azərbaycan Tibb Universitetinə qəbul olmaq, ümumi cərrahiyə üzrə ixtisaslaşmaq istəyirəm.
İlk təhsilimi Azərbaycanda, daha sonra ixtisaslaşmaq üçün xaricdə təhsil almağı hədəfləmişəm.
Məqsədim vətənimizə xeyirli olacaq işlər görmək, layihələr hazırlamaqdır. İmhatana hazırlıq müəllimlərim elə öz məktəbimin müəllimləridir.
Hər birinin əməyi, zəhməti, mənə ayırdıqları diqqətin sayəsində bu gün yüksək nəticə əldə etməyi bacardım".
Aişə Bağırova 300 bal toplamaq üçün çox çalışmağın və diqqətli olmağın əsas faktor olduğunu deyib: "Blok imtahanında da məqsədim 400 bal yığaraq, maksimum nəticə əldə etməkdir.
Gecə - gündüz çalışıram, müxtəlif vəsaitlərdən istifadə edirəm, müəllimlərin dediklərini yerinə yetirirəm.