300 bal toplayan şagird hansı sahə üzrə təhsil alacağını söylədi | Icma.az
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Maksimal nəticə əldə edəcəyimdən tam əmin olmasam da, bunu gözləyirdim” Bunu Modern.az-a açıqlamasında martın 2-də keçirilən buraxılış imtahanlarında 300 bal toplayan Lənkəran rayonu Boladi kənd 1 saylı orta məktəbi şagirdi Həlimə İbadzadə deyib.
O bildirib ki, gündəlik dərs oxuyur, testlər işləməyə üstünlük verir: “Dərs oxumağı bir vərdiş halına gətirmişdim.
Təhsilimə informasiya təhlükəsizliyi sahəsi üzrə davam etmək istəyirəm”.
“Abituriyentlərə demək istəyirəm ki, özünüzə inanın, heç vaxt mübarizə aparmağı dayandırmayın, hər şey öz gələcəyiniz üçündür”, - H.İbadzadə əlavə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu