300 bal toplayanlar artır: Keyfiyyətli təhsil, yoxsa asan suallar..?

02.05.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2020-ci ildə 5 nəfər idisə, ötən il bu rəqəm 55, bu il isə 43 nəfər olub. Söhbət buraxılış imtahanlarında maksimum 300 balı toplayan abituriyentlərdən gedir.

Globalinfo.az Xəzər TV-yə istinadən məlumat verir ki, son 2 ildir maksimum nəticə göstərən abituriyentlərin sayı 8-10 dəfədən çox artıb.

Təhsilin keyfyyəti yüksəlir, yoxsa suallar asanlaşır?

Təhsil eksperti Sevinc Pürkeştasib deyir ki, son illərdə yüksək nəticə göstərənlərin sayı ona görə çoxdur ki, suallar asanlaşıb.

Ekspertin sözlərinə görə, uşaqların yaxşı nəticə göstərməsinin digər səbəbi də odur ki, hazırda repetitorlar tədris prosesində daha asan metodlara üstünlük verirlər.

Ətraflı süjetdə:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью