300 manatlıq müəllimlər, bahalı repetitorlar Təhsildə görünməyən ayrı seçkilik

27.11.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda ali məktəblərə qəbul sistemində imkanlı və aztəminatlı ailələrin övladları arasında yaranan təhsil bərabərsizliyi yenidən müzakirə mövzusuna çevrilib.

“Yeni Sabah” xəbər verir ki, Təhsil Ekspertləri Mərkəzinin sədri Məzahir Məmmədli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, ali təhsil müəssisələrinə qəbul qaydaları ilə bağlı müzakirələrin genişlənməsi və medianın məsələyə diqqətinin artması müsbət haldır. Onun fikrincə, bu, illərdir davam edən repetitorluq və kölgə təhsili probleminin həlli üçün nəhayət, imkanlar yaradır. Sərfəli qiymətə məhsullar

Ekspert qeyd edib ki, hazırda maddi imkanı olan ailələrin övladları bahalı repetitorlara, hətta aylıq 300 manatlıq “bunker müəllimlərə” güvənir. Maddi imkanı olmayan ailələrin uşaqları isə məktəbdə aldıqları təhsillə kifayətlənməli olurlar.

Məzahir Məmmədlinin sözlərinə görə, nəticədə imkanlı ailələrin övladları prestijli ixtisaslara qəbul olmaq şansı qazandığı halda, aztəminatlı ailələrin uşaqları çox vaxt arzulamadıqları, əmək bazarında perspektivi məhdud olan ixtisaslara yönəlirlər. Beləliklə, təhsildə bərabər imkanlar prinsipi pozulur.

O vurğulayıb ki, qəbul qaydaları elə qurulmalıdır ki, məktəb təhsili ali məktəbə qəbul üçün real və yetərli imkan yaratsın.

“Repetitorluq məcburiyyət deyil, seçim olmalıdır”, – deyə Məzahir Məmmədli bildirib.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью