Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. İqlim maliyyələşməsi məsələsi COP prosesində əsas mübahisəli məsələdir.
2009-cu ildə Kopenhagendə keçirilən COP15-də razılaşdırılan bu məsələ indiyə qədər hələ də müzakirə edilir.
Xüsusilə inkişaf etmiş Qərb ölkələri bu məsələnin önündə əngəl yaradırlar, çünki razılaşmaya görə, inkişaf etmiş ölkələr iqlim problemlərinin həlli üçün inkişaf etməkdə olan ölkələrə yardım etməlidir.İqlim maliyyəsində əsas razılaşma 2010-cu ildə Paris danışıqlarında əldə edilib.
Həmin razılaşmaya görə, hər il 100 milyard dollar maliyyə ayrılmalıdır.
Bu razılaşmadan 9 il keçməsinə baxmayaraq, COP prosesində 100 milyard dollar baryerini aşmaq mümkün olmamışdı, yalnız COP29-da buna nail olundu.
Bununla Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi tarixi nailiyyətə imza atdı.
COP29-da əldə edilən razılaşma ilə maliyyə hədəfi 300 milyard dollara qədər yüksəldildi.Əslində COP29 üzərindən Azərbaycana qarşı edilən hücumların əsas məqsədi də məhz Qərbin öz öhdəliklərindən və məsuliyyətdən yayınmaq cəhdi idi.
Hələ COP29 ərəfəsində dünya ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu.Bayden Administrasiyası və Avropa İttifaqının rəhbərliyi bu planda birlikdə hərəkət edirdilər.