300 nəfər balaca adada ÇARƏSİZ QALDI

14.07.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Mərkəzi ABŞ-də olan hava yolları şirkəti "Delta Air Lines"-a məxsus təyyarə mühərrikdə yaranan nasazlıq səbəbindən Atlantik okeanında yerləşən kiçik bir adaya təcili eniş edib.

"Cebheinfo.az" xəbər verir ki, Madriddən Nyu-Yorka gedən DL127 reysi 282 sərnişin və 13 ekipaj üzvü ilə birlikdə  Terseyra adasına enib.

Təyyarənin mühərriklərindən birində mexaniki nasazlıq baş verdiyindən pilotlar müvafiq protokolları işə salaraq marşrutu dəyişiblər. Hava yolları rəsmiləri, təyyarənin təhlükəsiz şəkildə Lajes şəhərindəki hərbi hava bazasına endirildiyini və sərnişinlərin bir saat ərzində təxliyə edildiyini açıqlayıb.

"Delta" şirkətinin verdiyi açıqlamada gözlənilməz enişdən sonra sərnişinlər üçün qonaqlama və yemək təşkil edildiyi bildirilib. Təyyarənin sərnişinləri təxminən 29 saat Terseyra adasında qaldıqdan sonra başqa bir təyyarə ilə ABŞ-yə göndəriliblər. Təyyarədəki nasazlığın detalları paylaşılmayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью