Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az CNN-ə istinadən xəbər verir ki, hadisə Miçiqan və Ohayo ştatlarında qeydə alınıb.
Məlumata görə, 3001 nəfər tibb müəssisələrinə müraciət edib, onlardan 90 nəfər xəstəxanaya yerləşdirilib. Həkimlərin ilkin rəyinə görə, zəhərlənməyə yarpaqlı göyərtilərdə, xüsusən də kahıda və ya hovuz suyunda olan siklospora parazitinin yaratdığı bağırsaq infeksiyası sayılan siklosporiazdan səbəb olub. Lakin xəstəliyin dəqiq mənbəyini müəyyənləşdirmək vaxt aparacaq.
Bildirilib ki, bu, infeksiyanın uzun inkubasiya dövrü və patogenin test edilməsinin çətinliyi, eləcə də ABŞ-nin ictimai səhiyyə qurumları üçün işçi heyətinin və maliyyələşdirmənin azalması ilə əlaqədardır.
Mürtəza