3090 əkiz doğulub

17.01.2025

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyini rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 94 min 246 doğulan körpə qeydə alınıb.

Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,1-ə düşüb.

Doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub.

Körpələrdən isə 3 min 90-ı əkiz, 117-si üçəm və 4-ü isə dördəm doğulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью