30dan çox quruya çıxmış balina xilas edildi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

26.11.2024

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sahilə çıxan 30-dan çox balina xilas edilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Yeni Zelandiyada baş verib.

Yeni Zelandiyanın şimalındakı Ruakaka çimərliyində sahilə çıxan 30-dan çox balina yerli maori qruplaşması Patuharakeke-nin rəhbərliyi altında xilas edilib.

Səlahiyyətli şəxslər, balinaların əksəriyyətinin dənizə qayıtdığını, lakin üç böyük və bir bala balinanın öldüyünü açıqlayıblar.

Xilasedicilər balinaları qaldıraraq xüsusi alətlərlə dənizə atıblar.

Əməliyyatlar meneceri Joel Lauterbach bu prosesdə göstərilən şəfqət və əməkdaşlığın təqdirəlayiq olduğunu söyləyib. Patuharakeke ilə yanaşı, Project Jonah və yüzlərlə könüllü xilasetmə əməliyyatına dəstək verib.

Oksana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью