31 il əvvəl Bakıda törədilən cinayətin üstü açıldı | Icma.az
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı şəhərinin Nizami rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tə
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
Bildirilib ki, toplanmış sübutlarla 1973-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Qililov Aydın Şauloviçin həmin gün saat 22 radələrində əvvəllər tanıdığı Əli-İskəndər Babayevlə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 84 nömrəli binanın qarşısında görüşüb, sonuncuya məxsus “Qaz-24” markalı avtomaşının salonunda söhbət edərkən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi odlu silah olan “Naqan” tipli tapançadan 2 dəfə atəş açaraq Əli-İskəndər Babayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
“Aydın Qililov 22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
Ötən illərdə qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalan şəxsiyyət əleyhinə cinayətlərin açılması, törədilmiş cinayətə görə cinayət məsuliyyətinin və cəzanın labüdlüyü prinsipinin təmin olunması istiqamətində prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir”, - məlumatda deyilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu