31 il əvvəl itkin düşən şəxsin öldürüldüyü üzə çıxdı VİDEO

23.01.2025

Yenigundem saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

31 il əvvəl itkin düşən şəxsin öldürüldüyü məlum olub. Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verlişinə müraciət edən şahid belə bir iddia irəli sürüb.
Şahidin dediyinə görə,  1994-cü ildə Naxçıvandan Bakıya gəldikdən sonra müəmmalı şəkildə itkin düşən Yusif Barı oğlu Orucov öldürülərək Hövsan çimərliyi yaxınlığında basdırılıb. Şahid Yusifin həmyerliləri Naxçıvanın Şərur rayonun Dərəkənd kəndinin sakinləri Elşad və Elxan Əzizov qardaşları tərəfindən öldürürlərək, basdırılıdığını iddia edib.
Verlişin aparcısı Lalə Azərtaş məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью