Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azpost.info “Fotoxronika” layihəsi çərçivəsində bu fotonu təqdim edir.
1992-ci ildə Britaniyanın sabiq Baş naziri Marqaret Tetçer neft danışıqlarında lobbiçilik etmək üçün Azərbaycana səfər edib.
Səfər zamanı Tetçer prezident Elçibəylə, Milli Məclisin sədri İsa Qəmbərlə və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Sabit Bağırovla görüşüb.
Bakı şəhərinin görməli yerlərinə baxıb. FOTO: Bakı. Sentyabr. 1992-ci il.
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu, Prezidentin mətbuat katibi Nəcəf Nəcəfov və görkəmli pianoçumuz Fərhad Bədəlbəyli Marqaret Tetçerlə Qız qalasında.
Tetçer Britaniyanın “Britiş Petrolium” (BP) şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında ilk neft sazişin ilə bağlı Memorandumun imzalanma mərasimində iştirak edib.
Sazişi BP-nin prezidenti Braun və ARDNŞ-in prezidenti Sabit Bağırov imzalayıb.