31 Mart soyqırımı: Ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırıblar

31.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Baku TV-nin "Baku Aktual" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki buraxılışında 31 Mart soyqırımının tarixi haqqında müzakirə aparılıb.

Diqqətə çatdırılıb ki, 128 708 nəfər azərbaycanlı bu soyqırımının qurbanı olub, 20-dək şəhər və qəza mərkəzi, 950 kənd dağıdılıb.

Həmçinin bildirilib ki, Andranikin başçılığı ilə 30 müsəlman kəndinin əhalisi tamamilə qırılıb.

Verilişin qonaqları Əməkdar elm xadimi Solmaz Rüstəmova-Tohidi, tarix elmləri doktoru İlqar Niftəliyev, "Soyqırımı Memorial Kompleksi"nin direktor müavini Mehriban Əliyevadır.

Bildirilib ki, ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırıblar.

Daha ətraflı videomaterialda:

31 Mart soyqırımı: "Ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırıblar"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью