31 min müəllimin maaşı artırılacaq RƏSMİ

11.09.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sertifikatlaşdırmadan uğurla keçən 31 min müəllimin maaşına 35 faiz əlavə olunacaq".

Bunu Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

Eşqi Bağırov müəllimlərin peşəkar inkişafı istiqamətində həyata keçirilən sertifikatlaşdırma prosesindən danışıb.

O qeyd edib ki, bu il sertifikatlaşdırma prosesinin ilk mərhələsi başa çatıb.

“Bütün fənn müəllimləri bu prosesdə ən azı bir dəfə iştirak edib və onların sayı təxminən 105 minə çatır”, - deyə Eşqi Bağırov bildirib./ APA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью