Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Venesuela hökuməti və müxalifəti yeddi illik hüquqi mübahisədən sonra ölkənin Mərkəzi Bankına məxsus qızıl ehtiyatlarının yerinin dəyişdirilməsi barədə razılığa gəliblər.
“Yeni Sabah” xəbər verir ki, Londonun İngiltərə Bankında saxlanılan 31 ton qızıl külçəsi ABŞ-ın Nyu-York Federal Ehtiyat Bankına transfer olunacaq.
Dəyəri təxminən 4 milyard dollar olan bu qızıl ehtiyatı üzərində Venesuelanın hüquqi nəzarəti bərpa edilsə də, aktivlərin birbaşa satılmasına icazə verilməyəcək. Sezar pizza
Qızıl rezervləri dövlət borcları və maliyyə öhdəlikləri üçün təminat (girov) qismində istifadə olunacaq. Əldə edilən kredit vəsaitləri ölkənin bərpası və dövlət xərclərinin qarşılanmasına yönəldiləcək.