futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mayın 18-də keçiriləcək “Neftçi” İK – “Araz-Naxçıvan” oyunu ilə futzal üzrə 32-ci Azərbaycan çempionatına yekun vurulacaq.
Futbolpress.az xəbər verir ki, 1993-cü ildən başlayaraq hər il təşkil edilən Azərbaycan çempionatı yalnız 2020-2021-ci illər mövsümündə pandemiya ilə əlaqədar keçirilməyib. Həmin il İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edib.
Ümumiyyətlə, “Araz-Naxçıvan” 19 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. “Azərneftyanacaq” 2 dəfə bu sevinci yaşayıb. İlk çempion isə “Nicat” olub. “Azadə” və “Tribut” da hərəyə bir dəfə çempion olublar.
“Araz-Naxçıvan” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.