“32 il sonra Ağdama səfər etmək çox gözəl hissdir”

30.08.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“32 il sonra Ağdama səfər etmək çox gözəl hissdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ağdam sakini Elşən Cabbarov deyib. 

O bildirib ki, Ağdama ən son 1992-ci ildə qatarla səfər edib: “Mən şəhərin özündənəm. Qatarla ən son 1992-ci ildə səfər etmişdim. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində bu gün öz torpağımıza alnıaçıq səfər edirik”.

Qeyd edək ki, bu gün “Azərbaycan Dəmir Yolları” (ADY) QSC bu gündən Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib. 07:10- da yola düşən qatar, Ağdama 11:53-də çatacaq.

Mədinə Useynova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью