32 il sonra eyni anda meydana çıxdılar Atalarının izi ilə...

19.06.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Norveç millisi 2026-cı il Dünya Çempionatında təkcə qələbəsi ilə deyil, futbol tarixinə düşən maraqlı göstərici ilə də diqqət çəkib.

Milli.Az xəbər verir ki, Skandinaviya təmsilçisi İraq yığmasını 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələ uğrunda vacib addım atıb. Qarşılaşmada Erlinq Haaland, Aleksandr Sörlot və Kristian Torstvedt eyni vaxtda meydanda yer alıblar.

Bu hadisə dünya çempionatları tarixində ilk dəfə qeydə alınıb. Belə ki, adıçəkilən futbolçuların ataları da vaxtilə Norveç millisinin heyətində mundialda birlikdə çıxış ediblər.

Tarixi təsadüf 1994-cü ildə ABŞ-də keçirilən Dünya Çempionatına dayanır. Həmin turnirdə Alf-İnge Haaland, Qoran Sörlot və Erik Torstvedt Norveç yığmasının formasını geyinərək eyni komandada mübarizə aparıblar.

32 il sonra yenidən ABŞ-də təşkil olunan mundialda onların oğulları da eyni uğuru təkrarlayıblar. Bununla Norveç millisi Dünya Çempionatı tarixində ataları da vaxtilə mundialda birlikdə oynamış üç futbolçunu eyni anda heyətində meydana çıxaran ilk komanda kimi rekord müəllifi olub.

Bu maraqlı fakt futbolsevərlər arasında böyük maraq doğuraraq turnirin ən yaddaqalan hadisələrindən birinə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью