32 ildən sonra Bakıdan Ağdama ilk qatar Biletlər 3 günə satıldı

30.08.2025

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

32 ildən sonra ilk dəfə bu gün Bakıdan Ağdama yola düşmüş sərnişin qatarında tam doluluq qeydə alınıb.

BAKU.WS xəbər verir ki, 27 avqustda satışa çıxarılmış biletlər 3 gün ərzində satılıb.

Sərnişinlər arasında Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və qonaqlar da var.

Müasir "Stadler" qatarı bu gün saat 7:10-da Bakıdan Ağdam istiqamətində hərəkətə başlayıb. Qatar saat 18:20-də əks istiqamətdə yola düşəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью