Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ümummilli lider Heydər Əliyevin dediyi kimi dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyası 32 ildir ki, xalqa şərəflə, yorulmadan, usanmadan xidmət edir və bu xidmətdən fəxarət keçirir.
Kifayət qədər çətin siyasi dönəmdə təsis edilən Yeni Azərbaycan Partiyasının qısa müddətdə uğur qazanacağı, xalqın partiyasına çevriləcəyinə o zaman çoxları inanmır, hətta buna ağız büzənlər də olurdu.
Yalnız müəyyən qism insanlar YAP-ın xalqın partiyasına çevriləcəyinə şübhə etmirdi, onun quruculuq prosesində iştitrak edirdi.
Yeni Azərbaycan Partiyasının qısa müddətdə ölkədə uğur qazanacağı, Azərbaycanın siyasi həyatının əsas avanqardına çevriləcəyinə inananlar özləri də iki qrupa bölünürdü.
Birincisi, partiyanın qurucusunun Ulu Öndər olduğunu bilib Onun rəhbərliyi altında YAP-ın uğurlar qazanacağına əmin olub bu prosesə ürəkdən qoşulanlar.
Hansı ki, həmin şəxslər Heydər Əliyev idarəçilik məktəbini yaxşı bilir, Onun imzası olan hər bir işin uğurla nəticələnəcəyinə əmin idilər.
Ona görə də Yeni Azərbaycan Partiyasının yaranmasında yaxından iştirak edirdilər.