32 nəfər Almaniyadan Azərbaycana gətirildi

14.10.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan geri qəbul edilib.

Bu barədə Axar.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Qeyd edək ki, proses "Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью