32 nəfərin olduğu təyyarədə qəza HAMI ÖLDÜ

06.10.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nigeriyada göyərtəsində 32 nəfərin olduğu hərbi təyyarə qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus ATR-42 tipli təyyarə Ondo ştatında, İqbokoda kəndi yaxınlığında qəzaya uğrayıb.
Məlumata görə, təyyarənin göyərtəsində 25 sərnişin və 7 ekipaj üzvü olmaqla, ümumilikdə 32 nəfər olub.
Nigeriya Prezidenti Bola Tinubu təyyarədə olan bütün şəxslərin həlak olduğunu təsdiqləyib və qəza nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Prezident Nigeriya Hərbi Hava Qüvvələrinə qəzanın səbəblərinin dərhal araşdırılması və gələcəkdə analoji hadisələrin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verib.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью